Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağın sabiq futbolçusu baxımlı qolla Superliqanın tarixinə düşdü - VİDEO

Qarabağın sabiq futbolçusu baxımlı qolla Superliqanın tarixinə düşdü - VİDEO

Tarix: 23 Yanvar 2022 09:40

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Türkiyə Super Liqasının tarixinə düşüb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, hazırda "Sivasspor"da çıxış edən braziliyalı yarımmüdafiəçi buna "Fənərbağça" ilə 1:1 hesablı heç-heçə etdikləri XXIII tur oyununda fərqlənməklə nail olub.

74-cü dəqiqədə cərimə zərbəsindən baxımlı qola imza atan 32 yaşlı oyunçu İstanbul təmsilçisinə qarşı baş tutmuş son 3 matçın hamısında rəqibi məyus edib. O, bu qollardan birini "Kayserispor"un, ikisini isə "Sivasspor"un heyətində vurub.

Henrike həmçinin Superliqada ilk dəfə cərimə zərbəsindən fərqlənib.

Qeyd edək ki, Pedro Enrike "Qarabağ"da 2017/2018 mövsümündə icarə əsasında çıxış edib.


Etiketlər:  Qarabağın sabiq futbolçusu baxımlı qolla Superliqanın tarixinə düşdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ