Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2022 17:08
Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Kay-Akxim Şönbax Ukraynanın "Mirotvorets" saytının siyahısına salınıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, buna səbəb Şönbaxın Ukrayna əleyhinə çıxışları olub.
Şönbax Krımın heç vaxt Ukraynanın tərkibinə daxil olmayacağı və ölkənin NATO-nun üzvlük meyarlarına cavab verə bilməyəcəyi barədə açıqlama verib.
Qeyd edək ki, "Mirotvorets" saytına ölkə ərazisindəki qondarma respublikalara yardım edənlərin, qondarma respublikanın döyüşçülərinin, vətən xainlərinin, eləcə də Krıma qanunsuz səfər edənlərin adları yüklənilir.