Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“ABŞ Rusiya ilə Ukrayna arasındakı gərginliyi artırır” - Kreml

“ABŞ Rusiya ilə Ukrayna arasındakı gərginliyi artırır” - Kreml

Tarix: 24 Yanvar 2022 22:46

Kremlin sözçüsü Dmitri Peskov ABŞ və NATO-nun Rusiya ilə Ukrayna arasında gərginliyi yalan məlumatlarla artırdığını bildirib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Rusiya ilə Ukrayna arasındakı gərginliklə bağlı Moskvada jurnalistlərə açıqlama verərkən deyib.

"Gərginliyin ABŞ və NATO-nun məlumatları və konkret hərəkətləri ilə artdığına diqqət çəkmək istəyirik. Burada şahidi olduğumuz informasiya isterikasını nəzərdə tuturam. Bu isterika böyük yalan məlumatlarla çərçivələnib", - Peskov deyib.

Peskov NATO-nun verdiyi açıqlamaların dostcasına olmadığını qeyd edib:

"Biz NATO-nun şərq cinahında hərbi qüvvələrini və maşınlarını artırmaqla bağlı bəyanatlarını eşidirik. Bütün bunlar gərginliyin artmasına səbəb olur. Bunlar Rusiyaya görə deyil, NATO və ABŞ-ın yaydıqları məlumatlara görə baş verir. Sərhədlərimizə yaxın bu cür hərəkətlər və NATO-nun fəaliyyətinin artması ölkəmizin təhlükəsizliyinə zərər verir və bu ordumuz tərəfindən gözardı edilə bilməz".


Etiketlər:  ABŞ Rusiya ilə Ukrayna arasındakı gərginliyi artırır Kreml


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ