Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2025 09:54
"Barselona"nın prezidenti Xuan Laporta komandanın sabiq hücumçusu Lionel Messinin mümkün qayıdışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sonxeber.net xəbər verir ki, Laporta bu barədə "Mundo Deportivo"ya açıqlama verib:
"Bəzi məsələlər istədiyimiz kimi getmədi. Əgər aramızdakı qarşılıqlı hörmət müəyyən şeyləri düzəldə bilsəydi, bu, əlbəttə, yaxşı olardı. Lakin Messinin futbolçu kimi kluba qayıdacağı barədə deyilənlər həqiqəti əks etdirmir", - klub rəhbəri deyib.
Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə "Barselona"nın formasını geyinib. Bu müddət ərzində o, 778 oyuna çıxaraq 672 qol vurub və 303 qol ötürməsi ilə yadda qalıb. Argentinalı ulduz 10 dəfə La Liqa, 7 dəfə İspaniya Kuboku və 4 dəfə Çempionlar Liqasının qalibi olub.
Hüseyn