Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kasıblarla eyni qoxmaq istəmirəm''

''Kasıblarla eyni qoxmaq istəmirəm''

Tarix: 13 Noyabr 2025 11:25

Türkiyəli sosial media fenomeni Yasemin Arı paylaşdığı video ilə müzakirələrə səbəb olub.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, paylaşımında bahalı ətirlərin ekvivalentini istehsal edən şirkətləri tənqid edib. Fenomenin dedikləri sosial mediada böyük qınaqla qarşılanıb.

Yasemin Arı videoda bu fikirləri səsləndirib:

"Biz bu ətirlərə 25-30 min TL ödəyirik, çünki kasıblarla eyni qoxunu hiss etmək istəmirik. Niyə ekvivalentinə pul xərcləyirsiniz? Biznes klassda uçmağımızın səbəbi də kasıbların yanında oturmamaqdır. 5-6 min TL-yə ətirlər var, gedin onları alın. Mən niyə aşağı təbəqədən olan birinin qoxusunu hiss etməliyəm?"

Fenomenin bu sözləri izləyicilər tərəfindən təkəbbürlü və təhqiramiz kimi qiymətləndirilib və o, sərt tənqidlərə məruz qalıb.

Hüseyn


Etiketlər:  Kasıblarla eyni qoxmaq istəmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ