Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2025 13:02
"Yuventus" 20 yaşlı hücumameyilli yarımmüdafiəçi Kenan Yıldız ilə yeni müqavilə üzrə danışıqları müvəqqəti dayandırıb.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, hazırda gənc futbolçu ilə "Çelsi", "Arsenal" və "Real Madrid"in maraqlandığı bildirilir.
Kenanın mövcud müqaviləsi 2029-cu ilin yayına qədərdir. Turin klubu onun maaşını artırmaq istəyir, lakin tərəflər hələlik razılığa gələ bilməyiblər. Hazırda Yıldız mövsümdə 1,7 milyon avro qazanır və klub ona 6 milyon avro təklif etsə də, futbolçu 7 milyon avro istəyir.
Məlumata görə, "Yuventus"un sahibi Con Elkann Yıldızın oyun keyfiyyətlərini yüksək qiymətləndirir və yarımmüdafiəçini klubla müqaviləsini uzatmağa razı salmaq üçün danışıqlara şəxsi müdaxilə edə bilər.
Hüseyn