Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fuad Nəcəfli vəzifədən azad olunmasından danışdı

Fuad Nəcəfli vəzifədən azad olunmasından danışdı

Tarix: 13 Noyabr 2025 14:18

Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli vəzifəsindən azad olunub.

Sonxeber.net xəbər verir ki, o, Teleqraf-a açıqlamasında işdən çıxarılmasından danışıb.

"Nəinki Naxçıvan, mən bütöv Azərbaycanımızın vurğunuyam. Bir canım var, o da bu vətənə qurban olsun. Allah cənab Prezidentimizin canını sağ etsin, onu qorusun.

Sizin peşə yolunuz şərəfli yoldur. Araşdırma etmək mümkündür və bu, sizin hüququnuzdur. Mənim nəyləsə bağlı açıqlama verməyim subyektiv olar. Siz isə obyektiv olmalısınız. Bütün peşəkar insanlara salam deyirəm".

O, Naxçıvandan Bakıya qayıdan zaman təyyarədə çəkilərək sosial şəbəkələrdə yayılan fotosundan da danışıb:

"Naxçıvana uçan təyyarələrin biznes sinfi olmur. Bir salon olur və fotoda mən gözləmə zalında deyil, təyyarədəyəm".

Qeyd edək ki, Fuad Nəcəfli sözügedən vəzifəyə 2022-ci ilin dekabrında təyin olunmuşdu.


Etiketlər:  Fuad Nəcəfli vəzifədən azad olunmasından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ