Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Belə bədən quruluşlu ifaçıları necə qızınıza, xanımınıza yaraşdırırsınız?”

“Belə bədən quruluşlu ifaçıları necə qızınıza, xanımınıza yaraşdırırsınız?”

Tarix: 13 Noyabr 2025 15:17

"Muğam" televiziya müsabiqəsinin qalibi, tanınmış xanəndə Günay İmamverdiyeva "Öz aramızda" verilişində səsləndirdiyi fikirlərlə gündəm olub.

Sonxeber.net xəbər verir ki, sənətçi bayağı ifaçıları və səhnə geyimində ölçünü bilməyən müğənniləri sərt tənqid edib.

O, çıxışı zamanı bəzi ifaçıların ailə məclislərinə dəvət olunmasını düzgün hesab etmədiyini bildirib:

"Belə bədən quruluşunda və geyimdə olan ifaçıları necə ailə məclisinə çağırırsınız? Körpə balanız, ailəniz qarşısında çıxış edirlər. Uşaq valideyndən tərbiyə alır, amma bu insanları həyatda da görür. Necə olur ki, öz xanımlarınız, bacılarınızla belə ifaçıları eyni mühitdə görmək sizə normal gəlir? Onsuz da sosial şəbəkədə uşaqlarımız hər şeyi görür."

Günay İmamverdiyeva həmçinin bəzi sənətçilərin davranışlarını "şou göstərmək" kimi dəyərləndirərək əlavə edib:

"Bayağı müğənniləri sənətçi adlandırmayın. İki-üç nəfər var ki, səhnədə şou göstərir, amma bu, musiqi deyil."

Onun bu fikirləri sosial mediada geniş müzakirələrə və fərqli reaksiyalara səbəb olub.


Etiketlər:  Belə bədən quruluşlu ifaçıları necə qızınıza xanımınıza yaraşdırırsınız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ