Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2025 15:36
Son günlər sosial şəbəkələrdə və bəzi onlayn platformalarda paytaxtda ictimai nəqliyyatda metro və avtobuslarda istifadə olunan BakıKart kartlarının ləğv ediləcəyi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.
Bu barədə Sonxeber.net-a "BakıKart"dan məlumat verilib.
Məlumata əsasən, "BakıKart" ödəniş sistemi tam şəkildə fəaliyyətini davam etdirir və Bakikart kartlarının ləğvi ilə bağlı hər hansı qərar və ya plan mövcud deyil. BakıKart sistemi müasir texnologiyaların tətbiqi ilə daha da təkmilləşdirilir və istifadəçilərə daha rahat, çevik ödəniş imkanları təqdim olunur.
Yeni sistemin tətbiqi nəticəsində vətəndaşlar artıq təkcə "BakıKart" plastik kartı ilə deyil, eyni zamanda bank kartları, mobil tətbiqlər, NFC texnologiyası, həmçinin digər rəqəmsal ödəniş vasitələri vasitəsilə də gediş haqqını ödəyə bilirlər. Bu addım həm rahatlığı artırır, həm də nağdsız ödənişlərin genişlənməsinə şərait yaradır.
Qeyd edək ki, artıq metroda ödəniş sisteminin yenilənməsi insanlar tərəfindən müsbət hal kimi qarşılanıb. Artıq "BakıKart"la yanaşı, bank kartları və mobil ödəniş vasitələri "Google Pay' və "Apple Pay" də keçid üçün istifadə olunur.
Aysel Əkbər