Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın ulduzu ''FC 26 Football Ultimate Team''də yer aldı

''Qarabağ''ın ulduzu ''FC 26 Football Ultimate Team''də yer aldı

Tarix: 13 Noyabr 2025 16:56

"Qarabağ" klubunun futbolçusu Mateus Silva Çempionlar Liqasının son həftəsində göstərdiyi performansa görə "EA Sports FC 26" oyununda "Football Ultimate Team" rejimində "UEFA Prime Time" oyunçuları arasında yer alıb.

Sonxeber.net xəbər verir ki, bu barədə klubun rəsmi internet səhifəsində məlumat verilib.

Bu nominasiya turnirin ən parlaq çıxış edən futbolçularını bir araya gətirən xüsusi seçmə heyətdir.

Mateus Silva son qarşılaşmalardakı etibarlı oyunu və komandanın müdafiəsindəki rolu ilə diqqət çəkib.

Mövzu ilə bağlı "Qarabağ"ın rəsmi saytına açıqlama verən Mateus Silva bildirib ki, bütün bunlar komandanın birgə səyi nəticəsində baş verib:

"Ultimate Team"ə daxil edildiyim üçün çox xoşbəxtəm, bütün bunlar komandamızın gördüyü möhtəşəm işlər sayəsində mümkün olub".


Etiketlər:  Qarabağın ulduzu Football Ultimate Teamdə aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ