Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' və ''Neftçi'' azarkeşlərinə görə cərimələndilər

''Qarabağ'' və ''Neftçi'' azarkeşlərinə görə cərimələndilər

Tarix: 13 Noyabr 2025 18:30

AFFA "Qarabağ" və "Neftçi"ni azarkeşlərinə görə cərimələyib.

Sonxeber.net xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Misli Premyer Liqasının XI turun "Qarabağ" - "Neftçi" oyununun 90-cı dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə 6 000 manat cərimə edilib.

Eyni zamanda, "Neftçi" azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə bakılılar 7 000 manat cəriməyə məruz qalıb.

Bundan başqa, "Neftçi"nin azarkeşləri də matçın 84-cü dəqiqəsində meydançaya kənar əşya atıb və və bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə paytaxt klubu 3 500 manat cərimə edilib.


Etiketlər:  Qarabağ Neftçi azarkeşlərinə görə cərimələndilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ