Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan millisinin 3 sabiq üzvü futboldan kənarlaşdırıldı - FOTO

Azərbaycan millisinin 3 sabiq üzvü futboldan kənarlaşdırıldı - FOTO

Tarix: 13 Noyabr 2025 18:32

Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik, Emre Kaplan və Murat Cem Akpınar futboldan kənarlaşdırılıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Onların adları mərc oyunlarında hallandığı üçün 45 günlük futboldan diskvalifikasiya ediliblər.

Emre Kaplan Azərbaycanın U-19, U-21, Murat Cem Akpınar isə U-17 millisində forma geyiniblər. 25 yaşlı Mert Çelik Azərbaycanda "Neftçi" və "Səbail"də çıxış edib.

Bundan əlavə, "Qalatasaray" klubundan Eren Elmalı, Metehan Baltacı ilə birlikdə 100-dən çox futbolçu eyni səbəbdən müəyyən müddətə futboldan kənarlaşdırılıb.


Etiketlər:  Azərbaycan millisinin sabiq üzvü futboldan kənarlaşdırıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ