Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2022 07:33
Mütəxəssislər sübut edir ki, evdə ayaqyalın gəzmək sinir sistemi üçün çox ziyanlıdır.
Məsələ burasındadır ki, müasir materiallardan hazırlanan döşəmələr və xalçalar statik elektrik toplayır. Evdə ayaqyalın gəzən insan bu statik elektriki özünə hopdurur.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, statik elektrik insanda tez-tez təkrarlanan baş ağrıları, zəiflik, əsəbilik, yuxusuzluğa səbəb ola bilər.
Bundan əlavə alimlərin fikrinə görə, statik elektrik damarların spazmına və təzyiqin artmasına səbəb olaraq ürək-damar xəstəliklərinin riskini artırır.
Nəzərinizə çatdıraq ki, evdə corabda gəzənlər də eyni təhlükə ilə üzləşir.
Statik elektrikdən azad olmaq üçün mütəxəssislər evdə mütləq dəri və ya rezin altlığı olan ev ayaqqabısını geyinməyi, tez-tez duş və ya vanna qəbul etməyi, evin havasını tez-tez dəyişməyi və nəmləndirməyi, təbii parçalardan olan paltarları geyinməyi tövsiyə edirlər.
Nəm torpaq və ya qumun üzərinə ayaqyalın gəzmək də orqanizmdə statik elektrikin azalmasına kömək edir.