Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 14:40
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə oyunu üçün hakim təyinatları açıqlanıb.
Qol-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı Makedoniya Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək. Baş hakim Deyan Yakimovski olacaq. Ona Nikola Karakolyev və Kuştrim Lika köməklik edəcək. Dördüncü hakim funksiyasını İqor Stoyçevski yerinə yetirəcək.
Qeyd edək ki, Dalğa Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu sentyabrın 6-ı saat 20:30-da başlayacaq.