Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırıldı - Koronavirus

Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırıldı - Koronavirus

Tarix: 25 Yanvar 2022 14:00

Respublika Reabilitasiya Mərkəzində koronavirusa yoluxma halları aşkarlandığı üşün qəbul dayandırılıb.

Bu barədə Sonxeber.net-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mətbuat katibi Tural Qurbanov məlumat verib.

O bildirib ki, Respublika Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin həm stationar, həm ambulator qaydada tibbi-sosial reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir.

"Son günlərdə 50 çarpayılıq müəssisədə xidmətlər alan əlilliyi olan şəxslərin bir neçəsində "COVİD-19" virusu aşkarlandığına görə virusun yayılmaması üçün müəssisəyə qəbul 31.01.2022-ci ilədək müvəqqəti dayandırılıb.

Hazırda mərkəzdə profilaktik tədbirlər görülür və dezinfeksiya işləri aparılır. Qeyd olunan tarixdən sonra yenidən qəbula başlanacaq", - T.Qurbanov deyib.


Etiketlər:  Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırıldı Koronavirus


RƏYLƏR