Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezidentliyə namizədin arvadı jurnalistləri TƏHDİD ETDİ: Ərim seçilsə...

Prezidentliyə namizədin arvadı jurnalistləri TƏHDİD ETDİ: Ərim seçilsə...

Tarix: 25 Yanvar 2022 14:12

Cənubi Koreya prezidentliyinə namizədin Yun Suk Yolun arvadı ay ərzində ikinci qalmaqallı açıqlamasını verib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, mühafizəkar Xalq üçün Hakimiyyət Partiyasının namizədinin arvadı Kim Keon-hi bildirib ki, əri seçiləcəyi təqdirdə tənqid yazan jurnalistləri həbs  etdirəcək.

Yerli qəzetlərdən birinə müsahibəsində qadın ərini tənqid edən jurnalistlər barədə bunu deyib: "Mən Mavi Evə (Koreya prezidentinin iqamətgahı - red.) ayaq basan kimi onların hamısını həbsxanaya yollayacam".

O həmçinin vurğulayıb ki, ərinin hakimiyyəti dövründə bütün tənqidi media təqib olunacaq: "Bizim göstəriş verib-verməməyimizdən asılı olmayaraq polis onlara qarşı ittiham irəli sürəcək", - deyə Kim Keon-hi xəbərdarlıq edib. 


Etiketlər:  Prezidentliyə namizədin arvadı jurnalistləri TƏHDİD ETDİ Ərim seçilsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ