Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2022 20:08
Artıq bu cür əziyyət və vaxt itkisi geridə qalır. "Fərqlənmə nişanı"nın verilməsi elektronlaşdırılır. Bunun üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb. Məqsəd daşıyıcıların və sürücülərin rahatlığını təmin etmək, fiziki təması minimuma endirmək və sui-istifadə hallarının qarşısını almaqdır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, yeni elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edilib. Nəticədə də "Fərqlənmə nişanı"nın verilməsi üçün tələb olunan sənədlər həmin qurumlardan avtomatik formada əldə ediləcək.
Sürücülər yalnız bir dəfə, "Fərqlənmə nişanı" hazır olduqdan sonra onu götürmək üçün yerli quruma getməli olacaqlar.
Yeni qayda daşıyıcıların və taksi sürücülərinin də ürəyincədir.
Yeni elektron sistem fevral ayının 1-dən istifadəyə veriləcək.