Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp”da YENİLİK: Android və İOS istifadəçiləri mesajları...

“WhatsApp”da YENİLİK: Android və İOS istifadəçiləri  mesajları...

Tarix: 25 Yanvar 2022 21:08

Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp"a daha bir yenilik gəlir.

Milli.Az ted.az-a istinadən bildirir ki, tətbiq söhbət tarixçəsini Android cihazlarından iOS-a köçürməyə imkan yaradan funksiyasını təqdim edib.

Telefonunu dəyişdirən insanlar çox vaxt bu problemdən əziyyət çəkirdilər. Çoxsaylı şikayətləri nəzərə alan şirkət bu problemi aradan qaldırmağa qərar verib.

Qeyd edək ki, əvvəllər mesajları İOS cihazlarından Androidlərə ötürmək mümkün idi.

Milli.Az


Etiketlər:  WhatsAppda YENİLİK Android İOS istifadəçiləri mesajları


RƏYLƏR