Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 16:08
"Qarabağ" dünən Avropada bağlanan transfer pəncərəsinin son gününə qədər "Almeriya"nın futbolçusu Matye Peberni heyətinə qatmaq istəyib.
Qol.az-ın əldə etdiyi xəbərə görə, fransalı mərkəz müdafiəçisi özü də Ağdam klubunda oynamağa razılıq verib. Lakin transfer pəncərəsinin son günü "Almeriya" futbolçusunu “Qarabağ”a satmaqdan imtina edib.
İspaniyanın “Eldesmarque” nəşri də “Qarabağ”ın Matye Peberni ilə transfer etmək istədiyini yazıb. Amma “Almeriya” oyunçusunu Sequnda təmsilçisi "Luqo"ya icarəyə verib.
Qeyd edək ki, M.Pebern 2019/2020 mövsümün icarə əsasında Sequnda klubunda keçirəcək