Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2022 12:50
İcbari tibbi sığorta haqqında qanuna görə hərbçilərin də maaşından ödəniş tutulur. Halbuki, bu kateqoriyadan olan şəxslərin müayinə və müalicəsi hərbi hospitallarda pulsuz aparılır. Yəni hərbçilərin müalicə xərcləri həm dövlət tərəfindən qarşılanır, həm də onlar İcbari tibbi sığorta üçün ödəniş edirlər.
İcbari Tibbi Sığorta Üzrə Dövlət Ağentliyindən sorğumuza cavab olaraq bildirildi ki, qaydalar Müdafiə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində stasionar şəraitdə sığortaolunana müvafiq tibbi yardımın göstərilə bilmədiyi hallarla bağlıdır. Yəni belə hallar baş verdikdə, sözügedən səhiyyə müəssisələri bu barədə Agentliyə müraciət edirlər və qurum tibbi xidmətin həyata keçirilməsinə razılıq verir.
Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov icbari tibbi sığortanın hərbi qulluqçulara da şamil olmasını müsbət qiymətləndirir.
Ekspertin fikrincə sözügedən qanun hərbçilərin tibbi xidmətlərdən yararlanmasını daha da asanlaşdırır.
Qeyd edək ki, bu qaydalar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aid edilmir.
Sonxeber.net Xəzər Tv-nin videomaterialını təqdim edir: