Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Milli Qəhrəmana heykəl qoyuldu (FOTO/VİDEO)

Bakıda Milli Qəhrəmana heykəl qoyuldu (FOTO/VİDEO)

Tarix: 3 Sentyabr 2019 16:24

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda Azərbaycanın Milli Qəhrəmanının şərəfinə abidə ucaldılıb.

Trend-in məlumatına görə, Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulub. Heykəl qəhrəmanın adına olan küçədə ucaldılıb. Abidə artıq hazırdır və yaxın zamanlarda açılışı gözlənilir.

A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Bu il şəhidin 50 illik yubileyidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Bakıda Milli Qəhrəmana heykəl qoyuldu (FOTO/VİDEO) Bakıda Milli Qəhrəmana heykəl qoyuldu (FOTO/VİDEO)


Etiketlər:  Bakıda Milli Qəhrəmana heykəl qoyuldu FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ