Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana idxal edilən Rusiya məhsulları ucuzlaşa bilər - VİDEO

Azərbaycana idxal edilən Rusiya məhsulları ucuzlaşa bilər - VİDEO

Tarix: 26 Yanvar 2022 15:40

Rəsmi Moskva ilə Kiyev arasında gərginlik davam edərsə, Rusiyanın milli valyutası olan rubl daha çox dəyər itirəcək.

İqtisadçı-ekspertlər Rusiya-Ukrayna gərginliyinin nəinki iki dövlət, bütövlükdə regionda iqtisadi geriləmələrə səbəb olacağını proqnozlaşdırırlar.

Şimal qonşumuza qarşı tətbiq edilən sanksiyalar artıq birjalara təsir göstərib. Rus rublu xeyli ucuzlaşaraq, 2020-ci ildəki həddinə enib.

Ekspert Xalid Kərimli deyir ki, rublun dəyərdən düşməsi Azərbaycana da təsirsiz ötüşməyəcək. Çünki Azərbaycanın qeyri-neft məhsularının ixrac edildiyi əsas ölkə Rusiyadır. Manatın rubl qarşısında möhkəmlənməsi oradan idxal edilən məhsulların qiymətinin ucuzlaşması, Rusiyaya ixrac edilən malların isə bahalaşması anlamına gələ bilər.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı vəziyyətdən çıxış yolu kimi məhdudiyyətlərin tətbiqinə başlayıb. Artıq dollar satışı dayandırılıb.

Ekspertlər ehtimal edirlər ki, hadisələr belə davam etsə, rublun dəyərdən düşməsi davam edəcək.

Sonxeber.net Xəzər Tv-nin videomaterialını təqdim edir:


Etiketlər:  Azərbaycana idxal edilən Rusiya məhsulları ucuzlaşa bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ