Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Başqası oxusaydı, mahnı bu qədər partlamazdı''

''Başqası oxusaydı, mahnı bu qədər partlamazdı''

Tarix: 26 Yanvar 2022 18:15

"O mənə bir yol cızdı. Əslində, bu, borc deyil. "Pulunu ver, mahnını al" söhbətidir. Deməyib ki, bu mahnını oxumalısan. "İstəmirəm"in demosunu dinləsəydiniz, deyərdiz, bu, nə mahnıdır? Ona tərz, obraz verən mən olmuşam. Başqası oxusaydı, mahnı bu qədər partlamazdı".

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri aralarında müğənni Hiss qalmaqal yaşadığı reper Aslıxan barədə deyib. Sənətçi bu barədə "Popumuz var" verilişində danışıb:

"Aslıxana özümü borclu hiss etmirəm, amma təşəkkürümü də həmişə bildirmişəm. Çox detallı danışmaq istəmirəm. Mənə elə gəldi ki, mahnımın partlamağından narahat oldu. Çox mənasız eqoları başladı. Dedim ki, "Kəpənəklər" mənim üçün daha "cool" mahnıdır. Dedi ki, sən mənim mahnımı gözardı edirsən. Dedim ki, əsla yox, o mahnı mənə qazanc gətirib. Ən sevdiyim mahnımdır. Münaqişəmiz oradan başladı. Sadəcə davaya səbəb axtarırdı".


Etiketlər:  Başqası oxusaydı mahnı qədər partlamazdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ