Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2022 07:12
Pəncələrin vəziyyətində dəyişikliklər bəzən çox ciddi pozulmalara işarə edə bilər.
- Pəncələrin dərisinin quru olması
Bu yerlərin dərisi çox qurudursa və bu problemi heç bir krem ya yağ həll etmirsə, qalxanvari vəzinizi yoxlayın. Saglamolun.az bildirir ki, qalxanvari vəzinin fəaliyyətində pozulmalar nəticəsində dəri çox quru olur.
- Dabanlarda çatlar
Əgər belə çatlar tez-tez əmələ gəlir və çətinliklə müalicə olunursa, qanda şəkərin səviyyəsini yoxlayın. Bu əlamət şəkərli diabetin inkişafına işarə edə bilər.
- Ayaq barmaqlarında tüklər yox olub
Bu qan damarlarının sağlamlığında olan pozulmalara işarə edə bilər. Qan damarlarının keçiriciliyinin pozulmasının nəticəsində ayaqların qanla təmin edilməsində problemlər yaranır ki, tük follikullarına lazım olan qidalı maddələr çatmır və tüklə zəifləyir, tökülür.
- Ayaq barmaqların şişməsi
Bu simptom ürək və ağciyər xəstəliklərinə işarə edə bilər.
- Barmaqların altında qırmızı zolaqlar
Bu əlamət ürəyin daxili qişasının iltihabına (endokardit) işarə edə bilər.
- Ayaq dırnaqlarının qalınlaşması, rənginin dəyişməsi
Bu göbələk infeksiyasının əlamətidir.