Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

iPhone SE+ 5G-in istehsalına az qaldı

iPhone SE+ 5G-in istehsalına az qaldı

Tarix: 27 Yanvar 2022 22:56

İnternetdə Apple şirkətinin yeni iPhone SE smartfon modeli barəsində məlumatlar çıxmağa davam edir. Nüfuzlu insayder və analitik kimi çıxış edən Ross Young-ın verdiyi xəbərə əsasən Apple şirkəti yeni iPhone SE modeli üçün nəzərdə tutulmuş ekran panellərinin istehsalına bu ay start verəcək. Smartfonun istehsalına isə mart ayında start verilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, Ross Young bir neçə müddət bundan öncə bildirmişdi ki, Apple şirkətinin yeni iPhone SE modeli iPhone SE+ 5G adını əldə edəcək.

Beləliklə yeni məlumata əsasən əgər hər şey yolunda getsə, şirkət iPhone SE+ 5G smartfon modelini ya aprel ayında ya da may ayında təqdim edəcək. Son məlumatlara əsasən iPhone SE+ 5G modeli xarici görünüşcə 2020-ci ildə təqdim edilmiş iPhone SE modelinə bənzəyəcək. Lakin buna baxmayaraq yeni smartfonun bəzi texniki özəllikləri təkmilləşdiriləcək. Məlumata əsasən iPhone SE+ 5G modeli A15 Bionic prosessoru ilə təchiz olunacaq və onun iPhone SE (2020)-dən əsas fərqi onda olacaq ki, o, 5G şəbəkə dəstəyini əldə edəcək. Smartfonun digər özəlliklərinin 2020-ci ildəki smartfonun texniki özəllikləri ilə eyni olacağı gözlənilir.


Etiketlər:  iPhone istehsalına qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ