Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir məktəbdə biyabırçı video: Sinifi dağıdır, müəllimi qovurlar - VİDEO

Daha bir məktəbdə biyabırçı video: Sinifi dağıdır, müəllimi qovurlar - VİDEO

Tarix: 28 Yanvar 2022 10:00

Bakıda məktəblərin birindən çəkilən görüntülər yenidən gündəm yaradıb.

Milli.Az Azxeber.com-a istinadən xəbər verir ki, doqquzuncu sinif şagirdləri dərs zamanı sinifin əşyalarını dağıdır, onları yararsız vəziyyətə salırlar. Müəllimə olub- olmadığı dəqiq bəlli olmayan bir qadını isə sinifdən qovurlar.

Sözügedən görüntülər qısa zamanda böyük səs-küyə səbəb olub. 

Qeyd edək ki, ötən gün Bakının Xətai rayonunda yerləşən 165 nömrəli tam orta məktəbində bənzər görüntülər ortaya çıxmışdı. Videoda orta məktəb şagirdləri sinifdə divara asılan tanınmış şəxsiyyətlərin tablolarını gəzdirir, partaları dağıdır və başqa bu kimi ədəbsiz hərəkətlər edirdilər. Baş verən bütün bu hadisələr isə sinifdə müəllimin olduğu müddətdə baş veribmişdi.

Milli.Az


Etiketlər:  Daha bir məktəbdə biyabırçı video Sinifi dağıdır müəllimi qovurlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ