Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qızımın şəklini ona görə paylaşdım ki...'' - İlkin Həsəni

''Qızımın şəklini ona görə paylaşdım ki...'' - İlkin Həsəni

Tarix: 28 Yanvar 2022 11:50

Aparıcı, aktyor İlkin Həsəni ailəsinin görüntülərini sosial şəbəkədə paylaşmasından danışıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Səhər mərkəzi" proqramında bəhs edib. İlkin bildirib ki, qızının şəkillərini yayımlamasına səbəb ona olan maraq olub:

"Bir il heç nə paylaşmadım. Gördüm ki, bu mətbuata daha maraqlı olur. Axtarırlar... Bir dəfə Yeni il ağacının yanında qızımın şəklini yayımladım, orda oyuncağın üstündə üzü düşüb. Səhəri yazılar yayıldı: "İlkin qızının üzünü göstərdi". Nə qədər gizlədəcəyiksə, daha çox mətbuatın marağında olacaq. Axtaracaqsız ki, paylaşaq. Amma 1 yaşından sonra fotoların paylaşdım. Hamı yayımladı və bitdi. Ondan sonra nə qədər şəkil qoysam da media yayımlamır.

Bu gün nifrəti qusmaq üçün nə qədər adam var. Qızılgül qoysan belə girib yazacaqlar ki, bunu niyə qoymuşunuz?".


Etiketlər:  Qızımın şəklini görə paylaşdım İlkin Həsəni


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ