Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bərdə xəstəxanasının həyətindəki ağaclar məhv olur - VİDEO

Bərdə xəstəxanasının həyətindəki ağaclar məhv olur - VİDEO

Tarix: 28 Yanvar 2022 14:48

Bərdədə təxminən 30- 40 il əvvəl  əkilən ağaclar quruyur. Bu vəziyyət rayon mərkəzi xəstəxanasının həyətində müşahidə olunur.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, quruyan hündürboylu ağacların bəziləri aşıb, bəzilərinin isə aşma təhlükəsi var. Ağacların aşması yaxınlıqda olan tikili və avtomobillərə ziyan vura bilər. Bu, ərazidə gəzən pasiyentlər üçün də təhlükədir.

Xəstəxananın həyətində yerləşən 200-ə yaxın ağac son 1 ildə qurumağa başlayıb. Quruma xüsusilə Eldar şamı ağaclarında  müşahidə edilir.

Yaranmış vəziyyətlə bağlı həm Bərdə Rayon İcra Hakimiyyəti, həm də xəstəxananın rəhbərliyi tərəfindən  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi məlumat verilib. Nazirliyin aidiyyəti üzrə qurumları ərazidə olaraq baxış keçirib. Ancaq hələlik ekspertizanın qərarı çıxmayıb. Yəni, ağacların hansı səbəbdən  quruması dəqiq məlum deyil.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov "Xəzər Xəbər"ə bildirib ki, ağacların kütləvi quruması ilə bağlı quruma müraciət daxil olub, aparılan araşdırma zamanı məlum olub ki, 162 ədəd ağac quruyub.  Həmin ağaclar yaxın günlərdə ərazidən götürülərək yerində yeniləri əkiləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bərdə xəstəxanasının həyətindəki ağaclar məhv olur VİDEO


RƏYLƏR