Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb

Yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb

Tarix: 28 Yanvar 2022 17:42

Hacıqabul rayonu Atbulaq kənd sakini Elgün Baxşəliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, adıçəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.


Etiketlər:  Yaşadığı tərk edən COVID xəstəsi saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ