Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 20:48
Bakı. Trend:
Ticarət sahəsində ikitərəfli mübahisələrin nizamlanması üzrə ABŞ-Çin danışıqları yaxşı davam edir.
Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp öz “Twitter” səhifəsində yazıb.
O vurğulayıb ki, Çinlə danışıqlar prosesində hər şey çox yaxşıdır.
D.Tramp bildirib ki, Pekin danışıqları onunla deyil, 2020-ci ildə keçiriləcək seçkilərdən sonrakı yeni hökumətlə aparmaq arzusundadır. O əlavə edib ki, seçkilərdə qələbə qazanacağı təqdirdə Çinlə saziş daha sərt olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin