Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polis Moskvada Njde haqda filmin nümayişinin təşkilini dayandırıb

Polis Moskvada Njde haqda filmin nümayişinin təşkilini dayandırıb

Tarix: 28 Yanvar 2022 22:32

Rusiya Erməniləri İttifaqının (SAR) elan etdiyi Moskvada Sovet Ordusu küçəsində erməni nasist Njde haqqında filmin nümayiş olunduğu yerə polis gəlib və nümayişin təşkilini dayandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə REGNUM-a səlahiyyətli mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, polis əməkdaşları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və filmin nümayişinə toplaşanları kənarlaşdırıblar.

Milli.Az


Etiketlər:  Polis Moskvada Njde haqda filmin nümayişinin təşkilini dayandırıb


RƏYLƏR