“Roma”nın yarımmüdafiəçisi Maksim Qonalo karyerasını İspaniyada davam etdirəcək.
Qol.az xəbəe verir ki, 30 yaşlı futbolçu “Qranada”ya keçib. La Liqa klubunun rəsmi saytı fransalı futbolçunun bir mövsümlük icarəyə götürüldüyünü açıqlayıb.
Qeyd edək ki, Fransa yığmasında 8 oyun keçirmiş Qonalon, “Roma”ya 2017-ci ildə transfer olunub.