Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2022 08:24
Avropa Komissiyasının energetika üzrə komissarı Kadri Simson Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etmək üçün fevralın əvvəlində Azərbaycanla danışıqlar aparmaq niyyətindədir.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə "Financial Times"a mənbə məlumat verib.
Qəzetdə bildirilib ki, Avropa İttifaqı Ukraynada münaqişənin kəskinləşməsi halında Qərbin sanksiyalarına cavab olaraq Rusiyanın Avropaya qaz tədarükünü kəsə biləcəyindən çəkinir:
"Aİ fövqəladə vəziyyətdə qaz tədarükünü təşkil etmək ümidi ilə Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırır".
Nəşr qeyd edib ki, rəsmi Brüssel həmçinin bəzi Asiya ölkələri ilə mayeləşdirilmiş təbii qazın mümkün tədarükü ilə bağlı danışıqlar aparır.