Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2022 08:50
Yanvarın 26-da İsveçrənin Gürcüstandakı səfirliyinin "Rusiya Federasiyasının maraqları" bölməsi yaxınlığında müxalifətin keçirdiyi anti-Rusiya aksiyası ilə bağlı Rusiya Gürcüstan Xarici İşlər Nazirliyinə nota göndərib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev deyib.
O bildirib ki, insidentlə əlaqədar Gürcüstan XİN-ə Gürcüstan hakimiyyətinin Diplomatik Münasibətlər haqqında 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasına ciddi əməl etməsinin zəruriliyi barədə nota göndərilib.
"Ümid edirik ki, Gürcüstan hakimiyyəti bu cür hadisələrin qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcək", - Zaytsev qeyd edib.
O əlavə edib ki, "Rusiya maraqları" bölməsində anti-Rusiya aksiyasından bir qədər əvvəl əsas və ehtiyat enerji təchizatı kəsilib:
"Hazırda həmin hissənin enerji təchizatı tam bərpa olunub".