Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc qız ona edilən əxlaqsız təklifi VİDEOya çəkib, paylaşdı

Gənc qız ona edilən əxlaqsız təklifi VİDEOya çəkib, paylaşdı

Tarix: 29 Yanvar 2022 14:25

Kanada sakini olan 17 yaşlı Ceysi Kruz mağazada onu təqib edən, evinə zəng edən şəxsi videoya çəkərək TikTok sosial media platformasında paylaşıb.

Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, videodakı şəxs gənc qıza yaxınlaşaraq "Sən indiyə qədər gördüyüm ən gözəl qızsan. İstədiyin paltarı ala bilərəm'' deyə səslənir. Gənc qız ikinci əl geyim mağazasında alış-veriş edərkən, yaşlı bir kişi onun yanına gələrək onu evinə dəvət edib. Kruz kişiyə yaşının 18-dən az olduğunu deməsinə baxmayaraq, kişi onu incitməyə və arxadan yaxınlaşaraq şəklini çəkməyə davam edib.

Onun izləyiciləri paylaşdığı üçün qıza təşəkkür edərək, belə azğınların həmişə ifşa edilməli və rüsvay edilməli olduğunu bildiriblər. Hadisə ilə bağlı hər hansı araşdırmanın olub-olmadığı məlum deyil.

Anar Əli


Etiketlər:  Gənc qız edilən əxlaqsız təklifi VİDEOya çəkib paylaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ