Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2022 03:25
"Enerjim çoxdur. O qədər müsbət enerjim var ki... Heç bir zaman bezmirəm, onları yaradıcılığımla bezdirirəm. Sual verdilər ki, hərə bir yerini sığortaladır. Siz haranızı sığortalayarsız? Mən də dedim ağlımı. Ağlım sığortalanmağa layiqdir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "10-da görüşək" proqramında deyib. Müğənni ağlını sıöortalatmaq istədiyini açıqlayıb:
"Sosial şəbəkədə yazırlar, Allah Elzaya ağıl versin. Deyirəm, nə yaxşı duadır. Bunu da xalq yox, saxta profil açan müğənnilər, "müğənniciklər"dir. Səhər oyananda deyirəm, Allah, mənim ağlımı daha da zənginləşdir. Görün nə qədər adam mənə dua edir. Gündən-günə də ağlım artır".
Seyidcahan daha sonra şeirlərinin ələ salınmasından söz açıb:
"Şeirimi fındığa, qoza çevirir, "Tikim" şeirində "t" hərfinin yerinə başqa hərf qoyursunuz. Sizin öz arzunuzdur, özünüz bilərsiz. Hörmət edin, bu sizin borcunuzdur. Yoxsa, məhkəməyə müraciət edərəm. Bir gün TikTok yığışdırılsa, deyəcəksiniz, mənim işim hanı? Mən heç TikTok-da yoxam. Mənim sosial şəbəkəm kitabımdır. Ona 25 min manat sərmayə qoymuşam. İndi 25 milyon qazanacam".