Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu maskadan sonra məsamələr yox olacaq

Bu maskadan sonra məsamələr yox olacaq

Tarix: 30 Yanvar 2022 16:00

Üzdəki məsamələrin çoxalması insanın yaşlı görünməyinə, kirin məsamələrdə yığılmağına, dərinin nəfəs almamasına, makiyajın üzdə hamar qalmamasına səbəb olur.

Sonxeber.net Axşam.az-a istinadən ev şaraitində məsamələri kiçiltməyə yardımçı olan maskanı təqdim edir. 

Tərkibi:

1 yumurta ağı
1 xörək qaşığı rəndələnmiş yerkökü
1 çay qaşığı aloe vera geli

Yumurta ağını yerkökü və aloe vera ilə köpüklənənə qədər çalın. Maskanı üzünüzlə yanaşı, əllərinizə, boynunuza çəkə bilərsiniz. Maska dərinizdə ən azı 15-30 dəqiqə qalmalıdır. Quruduqca dərinizi necə sıxdığını hiss edəcəksiniz. Maskanı ilıq su ilə təmizləyin.


Etiketlər:  maskadan sonra məsamələr olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ