Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanadada koronavirusla bağlı etirazlar: Baş nazir Kastin Trüdo və ailəsi iqamətgahı tərk etdi

Kanadada koronavirusla bağlı etirazlar: Baş nazir Kastin Trüdo və ailəsi iqamətgahı tərk etdi

Tarix: 30 Yanvar 2022 16:08

Kanadada minlərlə yük maşını sürücüsü və digər nümayişçilər pandemiya əlaeyhinə məhdudiyyətlərə etiraz olaraq paytaxt Ottavada Parlament binasını dövrəyə alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Kanadanın baş naziri Castin Trüdo və ailəsi iqamətgahını tərk edib.

Təhlükəsizlik məqsədilə onun yeri gizli saxlanılır.

Trüdonu tənqid edən pankartlar nümayiş etdirən etirazçılar məcburi peyvəndlərin və digər covid məhdudiyyətlərinin ləğvini tələb edirlər.

Polis yüksək döyüş hazırlığına gətirilib.

Əhali dinc aksiyaya çağırılır. Bununla belə, yaxın vaxtlarda etirazçıların sayının artacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Kanadada koronavirusla bağlı etirazlar Baş nazir Kastin Trüdo ailəsi iqamətgahı tərk etdi


RƏYLƏR