Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2022 11:04
Qərbdən Rusiyanın Avropa hissəsinə güclü siklon hərəkət edir.
Onun gəlişi ilə sinoptiklər hava şəraitinin əhəmiyyətli dərəcədə pisləşəcəyini gözləyirlər. Belə ki, Avropada "Nadya" adlı qasırğa artıq böyük dağıntılara və hətta insan tələfatına səbəb olub.
Məsələn, Almaniyanın Belitz qəsəbəsində yoldan keçən bir nəfər üzərinə aşan reklam lövhəsinin altında qalaraq ölüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Bremendə isə ağacın aşması nəticəsində bir nəfər yaralanıb.
Hamburqda güclü fırtına şəhərin bir sıra ərazilərində daşqınlara səbəb olub.
Berlində isə ağacların ictimai nəqliyyat xətləri üzərinə aşması səbəbindən fövqəladə vəziyyət elan edilib.