Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Moşu” koronavirus deyilmiş…

“Moşu” koronavirus deyilmiş…

Tarix: 31 Yanvar 2022 19:50

Azərbaycanın Xalq artisti, "Moşu" obrazı ilə populyarlıq qazanan Valeh Kərimov xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə olay-a aktyorun özü məlumat verib. O bildirib ki, hazırda özünü yaxşı hiss edir və sabah evə buraxılacaq.

V. Kərimov koronavirusa yoluxmadığını, yüksək temperatur səbəbindən xəstəxanaya aparıldığını qeyd edib:

"Bir az qızdırmam var idi. Yoxladılar, gördülər ki, heç nə yoxdur. Müalicə olundum, 3 gün xəstəxanada qaldım. Sabah da çıxıram".

Qeyd edək ki, sənətçinin koronavirusa yoluxma xəbərini ilk dəfə qaynarinfo.az yayıb. 

Milli.Az


Etiketlər:  Moşu koronavirus deyilmiş


RƏYLƏR