Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2022 08:12
Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərova məxsus daha bir şirkət ləğv olunub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, "İMPROTEX MOTORS" MMM "İMPROTEKS" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu və "İMPROTEKS" MMC-nin qoşulma nəticəsində ləğv olunduğunu elan edib.
Qeyd edək ki, bundan öncə "Improtex Group" MMC-yə daxil olan "Improtex Trading" MMC də ləğv olunaraq holdinqin digər şirkəti - "Improtex Motors" MMC-yə qoşulduğunu elan etmişdi.
Xatırladaq ki, F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.