Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2022 08:34
Avropa İttifaqı əlavə şərtlər olmadan Ukraynaya 600 milyon avroluq ilk tranşı verəcək. Ayrılan makromaliyyə yardımının ümumi məbləği 1,2 milyard avro təşkil edir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Məlumata görə, Prezident Volodimir Zelenski Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskislə görüşü zamanı bildirib ki, Avropa İttifaqının 1,2 milyard avro ayırmaq qərarı maliyyə bazarları üçün vaxtında siqnal olub və bu, Ukrayna iqtisadiyyatının sabitliyini qorumağa kömək etməlidir.
"Bizim strategiyamız işə yaradı, müharibə haqqında deyil, iqtisadiyyat haqqında danışdıq. Bu gün ilk gündür ki, biz qrivnanın məzənnəsini dəstəkləmək üçün ehtiyatlarımızdan bir dollar da xərcləmədik", - deyə Zelenski vurğulayıb.
Tərəflər, həmçinin razılaşıblar ki, 600 milyon avro məbləğində makromaliyyə yardımının birinci tranşı bütün zəruri prosedurlar başa çatdıqdan dərhal sonra əlavə şərtlər olmadan ödəniləcək.