Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fatma Girik öldürülüb?

Fatma Girik öldürülüb?

Tarix: 1 Fevral 2022 09:38

Bir neçə gün əvvəl vəfat edən "Yeşilcam" ulduzu Fatma Girikin ölümü ilə bağlı yeni məlumat yayılıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, mərhumun qardaşı Günay Girik aktrisanın müalicə olunduğu xəstəxanadan şikayətçi olub.

Günay Girik bacısının cinayət qurbanı olduğunu iddia edib:

"Bacım ölümcül xəstə deyildi. Koronavirusa xəstəxanada yoluxub. Hər zaman olduğu kimi müayinəyə getmişdi.   Göz görə-görə cinayətdir. Bu hadisənin haradan qaynaqlandığını tapdım. Şübhələndiyim üçün işin üzərinə düşdüm".

Qeyd edək ki, 5 gün xəstəxanada müalicə olunan Fatma Girikin döş qəfəsi infeksiyasına yoluxduğu və onun həyatını xilas etmək mümkün olmadığı bildirilmişdi.


Etiketlər:  Fatma Girik öldürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ