Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Omikron”nun təhlükəli fəsadı

“Omikron”nun təhlükəli fəsadı

Tarix: 1 Fevral 2022 09:54

Koronavirusun "Omikron" ştammı səs tellərinə ciddi ziyan vura bilər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı otorinolarinqoloq və tibb elmləri namizədi Vladimir Zaitsev bildirib.

O, vurğulayıb ki, sözügedən ştamm səsin xırıltısı və hətta tam itkisi ilə təhdid edir:

"Əgər udlağın arxa divarı və damaq badamcıqları zərbəni ötürürsə və infeksiya qırtlaqdan bir mərtəbə aşağıya keçirsə, deməli onun selikli qişası hücuma məruz qalır və səs həqiqətən yox ola bilər. Səs boğulanda disfoniya və ya səs tamamilə yox olduqda afoniya meydana gələ bilər".

Mütəxəssis xəbərdarlıq edib ki, əgər səs uzun müddət geri qayıtmırsa və ya boğuqluqla qayıdırsa, səs telinin iflici və ya parezi baş verirsə, bu, bağların sağalmaz zədələnməsinə işarədir.

Həkim bəzi insanlarda səs aparatının infeksiyanın təsirinə təbii olaraq daha həssas olduğunu deyib. Bundan əlavə, badamcıqlar çıxarılıbsa, o zaman insanın farenks səviyyəsində heç bir qorunması yoxdur.

Otolarinqoloq İvan Leskov isə qeyd edib ki, xəstəlikdən sağalmaq uzun müddət çəkə bilər. O, burnu duzlu məhlullarla yumaq, qarqara, iltihab əleyhinə dərmanlardan istifadə ilə müalicəsini tövsiyə edir.


Etiketlər:  Omikronnun təhlükəli fəsadı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ