Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tağı Əhmədovun ayaqları tutuldu - Keçmiş məmur əlil arabasında

Tağı Əhmədovun ayaqları tutuldu - Keçmiş məmur əlil arabasında

Tarix: 1 Fevral 2022 12:32

Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti yenidən pisləşib.

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkən keçmiş rəis hazırda ciddi həkim nəzarətindədir.

Tağı Əhmədovun ayaqlarının tutulduğu, hərəkət imkanının məhdudlaşdığı bildirilir. Qohumlarından birinin dediyinə görə, sabiq məmur ötən gün "Ömür" klinikasında müayinədən keçib.

Klinikaya əlil arabasında gələn Əhmədovu bir neçə yaxın qohumu müşayiət edib.

T.Əhmədovun müayinədən sonra evinə getdiyi və özünü ətrafdan tamamilə təcrid etdiyi bildirilir.

Qeyd edək ki, sözügedən klinika T.Əhmədovun özünə məxsusdur.


Etiketlər:  Tağı Əhmədovun ayaqları tutuldu Keçmiş məmur əlil arabasında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ