Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempion güləşçi narkotik satırmış? - Mahir Əmiraslanov danışdı - VİDEO

Çempion güləşçi narkotik satırmış? - Mahir Əmiraslanov danışdı - VİDEO

Tarix: 1 Fevral 2022 14:38

''Mənim adımın  narkotik maddələrin saxlanılması,satılmasında hallandırılması yanlış məlumatdır''. Hazırda azadlıqdayam və məşqlərimi davam etdirirəm''. Bunu ''Xəzər Xəbər''ə ekskluziv açıqlamasında sərbəst güləş üzrə gənclər arasında dünya birincisi və digər beynəlxalq turnirlərin mükafatçısı olan Mahir Əmiraslanov deyib. Əməkdaşımız Ömər Xıdırova müsahibəsində  Mahir Əmiraslanov iddia edib ki, polis  tərəfindən yayılan videogörüntüdə onun fotosu səhvən qeyd olunub. Məsələyə Daxil İşlər Nazirliyindən də münasibət bildirilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bir neçə gündür ki, adı narkotik qalmaqalında hallanan Azərbaycanın məşhur güləşçisi baş vermiş hadisələrlə bağlı açıqlama verib.

Sərbəst güləş üzrə gənclər arasında dünya birincisi, Avropa oyunlarının və İslam oyunlarının qalibi və bir çox beynəlxalq turnirlərin mükafatçısı olan Mahir Əmiraslanov iddia edir ki,onun fotosu  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan saxlanan şəxslərin arasında səhvən yayılıb.

Mahir Əmiraslanov deyir ki,Daxili İşlər Nazirliyinin yaydığı videoda göstərilən fotosu, bir il əvvəl çəkilib...Mahir iddia edir ki,həmin vaxt,o narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olduğu üçün yox,başqa səbəbdən polis tərəfindən saxlanılıb.

Hazırda Mahir Əmiraslanov ''Zenit'' İdman Cəmiyyətində əməkdar məşqçi Cavid Qurbanovun rəhbərliyi altında məşqələrini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov da  məsələyə münasibət bildirib.

Qeyd edək ki,Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin yanvar ayının əvvəlindən bu günə qədər həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan 40 nəfərin fotosu yayılıb. Onların içərisində Mahir Əmiraslanovun da fotosu olub.

Milli.Az


Etiketlər:  Çempion güləşçi narkotik satırmış Mahir Əmiraslanov danışdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ