Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2022 17:32
"Qalatasaray"da qapıçı axtarışları başa çatıb.
Fernando Musleranın zədələnməsindən sonra arzulanan performansdan uzaq olan Fatih Öztürk və İsmail Çipe ilə kifayətlənməyən "Cim-Bom" "Barselona"dan İnyaki Penya ilə anlaşıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, klubla ispan qapıçı arasında artıq icarə müqaviləsi imzalanıb.
İstanbul komandası bu transfer üçün Kataloniya klubuna icarə haqqı ödəməyəcək və mövsümün sonunda Penya "Barselona"ya qayıdacaq.
Qeyd edək ki, 2018-ci ildən "Barselona"nın B Komandasının qapısını qoruyan futbolçu 63 matçda meydana çıxıb və 22 matçda rəqiblərinin qol vurmasına imkan verməyib.