Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan ordusunda qadınların sayı artırılır

Ermənistan ordusunda qadınların sayı artırılır

Tarix: 1 Fevral 2022 20:50

Ermənistan ordusunda qadın zabitlərlərin sayı azlıq təşkil edir, ailə quran qadınlara hərbi xidmət stajına görə güzəştlər edilmir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan ombudsman aparatının araşdırmasında deyilir.

Ombudsman Arman Tatoyan qanunvericilikdə hərbi xidmət stajında analıq məzuniyyətinin nəzərə alınmadığını da bildirib.

O, hərbi xidməti davam etdirmək üçün uşağa 3 yaşına çatana qədər qulluq üçün məzuniyyət götürməyən qadınlara hər hansı güzəştlərin olmamasına da etiraz edib.

Digər ölkələrdə olduğu kimi hamilələrə xüsusi formanın verilməməsi, qadınların xidmət keçə biləcəyi hərbi ixtisaslar üzrə hüquqi aktların olmaması və hər iki üzvü hərbçi olan ailələrin eyni hərbi hissədə xidmət keçməsi üçün şəraitin yaradılmaması qanunvericilikdəki boşluqla əlaqələndirilib.

Ombudsman aparatı bu məsələlərlə bağlı təklifləri parlamentə və Müdafiə Nazirliyinə ünvanlayacaq.


Etiketlər:  Ermənistan ordusunda qadınların sayı artırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ