Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2022 02:24
Keçmiş nazir - Saratov vilayətinin İnformasiya Siyasəti Komitəsinin sədri Larisa Kuznetsova və onun əri Oleq Kozlov milyonlarla dollar rüşvət almaqda təqsirli biliniblər.
Sonxeber.net xəbər verir ki, bu barədə lenta.ru-ya Saratov şəhərinin Oktyabrski rayon məhkəməsinin mətbuat xidmətindən məlumat verilib. Məhkəmənin hökmü ilə Kuznetsova 10, Kozlov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, məhkəmə qadına qızı 14 yaşı tamam olana qədər 10 illik güzəşt müddəti də verib. Keçmiş nazir xüsusilə külli miqdarda rüşvət almaqda, əri isə vasitəçilikdə ittiham olunub. Rüşvətlərin ümumi məbləği 11 milyon rubldan çoxdur. Məhkəmə həmçinin ər-arvadın hər birinə rüşvətin üç misli məbləğində cərimə kəsib.
Anar Əli