Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Omikron''un dəridəki əlamətləri açıqlandı

''Omikron''un dəridəki əlamətləri açıqlandı

Tarix: 2 Fevral 2022 09:26

Amerikalı həkimlər koronavirusun "omikron" ştamının diqqətdən kənarda qalması təhlükəli sayılan dəri simptomlarının siyahısını tərtib ediblər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin tibb mütəxəssisləri dəridə bir sıra simptomların koronavirusdan xəbər verdiyini açıqlayıblar. Belə ki, solğun, boz və ya mavi rəngə çalan dəri COVID-19-un nadir rast gəlinən əlaməti ola bilər.

Koronavirus infeksiyası, həmçinin qaşınma qabarıqları, pətək kimi səpkilər, quru dəri və ekzema kimi özünü göstərir. Bəzi xəstələr tərləmənin artması və bədəndən mayenin buxarlanmasının gecikməsi səbəbindən inkişaf edən miliaria ilə qarşılaşır. Mütəxəssislərin fikrincə, bu cür xoşagəlməz simptomlar kifayət qədər uzun müddət davam edə bilər.

Həkimlər COVID-19 ilə qırmızı, iltihablı ayaq barmaqlarına diqqət yetirməyi tövsiyə edir. Tibbi hesabatlara görə, bu simptom ən çox uşaqlarda və yeniyetmələrdə olur. Bir çox hallarda infeksiyanın son versiyası dodaqlarda görünür - onlar quruyur və çatlayır.

Milli.Az


Etiketlər:  Omikronun dəridəki əlamətləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ